![]() |
"Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov |
Dələduzluqda ittiham olunan Məmmədovun həbsindən öncə Rejimin ruporu Eynulla Fətullayevin əli ilə xəbər yaydılar (sonradan bütün yazılar saytdan silinib) ki, sən demə Rəşadın anası erməni imiş: Aida Stepanovna Martirosova. Və o milyonlarla vəsaiti mənimsəyibmiş.
Daha sonra onun əleyhinə daha iki məqalə həsr edib, biznesini, restoranlarını çıxarıb ortaya qoydular. Çox gözəl, çox pakizə.
Amma məsələ erməni məsələsi deyilmiş. Sən demə Rəşad Məmmədov, Nərgiz Paşayevanın böyük qızı Aida Mahmudova ilə qeyri-qanuni münasibətdə imiş.
![]() |
Nərgiz Paşayevanın böyük qızı Aida Mahmudova |
Bundan xəbər tutan Rəşadın həyat yoldaşı Səbinə Məmmədova, Aida xanımla smsləşərək, yoldaşından əl çəkməsini xahiş edir. Aida isə cavab yazaraq onu təhqir edir və Bakıdan onu da, ailəsini də sürgün etdirəcəyini deyir, təhdid edir.
Səbinə xanım da eləmə tənbəllik, bütün bu yazışmaları Instagram hesabında paylaşır. Üstəlik ürəyi soyumur, Aida xanımın da instagram hesabına girərək, onu təhqir və rüsvay etməyə cəhd edir.
![]() |
Rəşad Məmmədov və xanımı Səbinə Məmmədova (instagram hesabı) |
Bundan sonra Aida Rəhmanova Instagramdakı hesabını deaktiv edir. Rəşad Məmmədovun isə gecəylə evində başına torba keçirib, ona həyatı başa salırlar. İlham Əliyev də onu vəzifədən azad edərək, məsələni kökündən həll edir.
1 il, 8 ay, 8 gün həbs yatdıqdan sonra azad edilir. Hal-hazırda müəllimdən xəbər zad yoxdur.
No comments:
Post a Comment