Saturday, December 24, 2016

İlham Əliyevin qeyri-qanuni qızı Əminə

Əziz oxucu, sən bilirdinmi ki, üç dəfə dalbadal prezident təyin olunan, hər çıxışlarında milli mənəvi dəyərlərdən danışan, altından qara xətt çəkə-çəkə əxlaqi keyfiyyətlərdən bəhs edən İlham Əliyevin qeyri-qanuni qızı olduğunu? Hardan biləsən axı?

Cəmilə Əsgərova
Ölkə başçısı İlham Əliyev "AZAL" rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova ilə vətəndaş nigahında olub. Və Cəmilə xanımdan qızı dünyaya gəlib. Bəlli olan da odur ki, Cəmilə xanımın Ignazio Coraci adlı ispan əsilli həyat yoldaşı və ondan Amadeo adlı oğlanları var. (Ətraflı məlumat) Əslində Paşayevlərin Əsgərovlarla çox yaxşı münasibətləri olduğu da heç kimə sirr deyil.

Yoldaşının Cəmilə xanımla münasibətindən şübhələnən birinci ledi Mehriban Əliyeva "Paşayevlər klanı"na mənsub olan nazirlər, zamanın Milli Təhlükəsizlik Naziri, general Eldar Mahmudov və Rabitə İnformasiya Texnologiyaları naziri Əli Abbasova gizli kamera çəkilişi və telefon dinləmələrini tapşırır. Heç təsadüfi deyil ki, ən yaxın adamlarının belə həbs olunmasına, qohumlarının təqib olunmasına baxmayaraq bu iki nazir hələ də azadlıqdadır və onlara "gözün üstdə qaşın var" deyən yoxdur. Böyük ehtimalla məhz bu və oxşar gizlin məlumatları bildiklərinə görədir. Bu nazirlərin əllərində çox güclü kompramatlar olduğu aşkardır.



Leyla Əliyeva, Cəmilə Əsgərova və bacısı Mila Əsgərova
Nə isə, qaldığımız yerdən davam edək. Birinci ledinin həmləsindən sonra mətbuatda dəfələrlə, antireklam məqsədli AZAL prezidenti Cahangir Əsgərovun əleyhinə materiallar dərc olunmağa başlayır, aviabiletlərin bahalı olmasından şikayətlənir, sosial şəbəkələrdə xeyli sayda materiallar dərc olunur.

Mətbuatdan da oxuduğunuz qədəriylə MTN və RİTN nazirlərinin istefa verməsinə və onların vəzifədə olan ən yaxın qohumlarının həbs olunmasına səbəblərdən biri də məhz prezident və ailəsinin telefon danışıqlarının dinləməsi idi. Cinayət işinin maddələrindən biri də məhz bu idi. (Mənbə)

Hətta Elşad Abdullayev də bu barədə gizli video yaymışdı, buyurun izləyin.

Leyla Əliyeva və övladlığa götürdüyü iddia olunan Əminə Əliyeva
Əlqərəz, məsələ ortaya çıxandan sonra mətbuatda xəbər çıxır ki, güya Leyla Əliyeva yetimxanadan bir uşağı öz öhdəliyinə götürür. Qızın nə fotosu, nə də adı yazılır. Bir neçə il hətta uşağın üzünü mətbuatdan gizlədirlər.

Ölkə başçısı İlham Əliyev və ictimaiyyətdən gizli qalan qızı Əminə Əliyeva
İlham Əliyevin 55-ci doğum ildönümündə, oğlu Heydər Əliyev instagram səhifəsində atası ilə bərabər həmin qızın, yəni ən kiçik bacısının fotosunu paylaşır. Bu arada qızın da adı bəlli olur: Əminə.

Bloqumu izləyin, daha maraqlı və bilmədiyiniz gizli məlumatları sizlərlə mütəmadi bölüşəcəyəm. İmza: Köhnə azərbaycanlı...

26 comments:

  1. Heqiqet deyil))) Bunu yalandan yayiblar)))

    ReplyDelete
  2. Gop da olsa maraglidir, gic gic islernen mesgulsuz, lap braziliya seriali yazmisiz

    ReplyDelete
  3. Men inanmiram,Ilham Eliyevin qizi deyil.Oxshamirda hec birine.Eyibdi ee gunahdi prezidenfimize wer atmayin.

    ReplyDelete
  4. Özüvüzü axırıncı yola qoymusuze.Bilmirsiz nə yazasız

    ReplyDelete
  5. Bu aileden otru ureyim gedir desem yalan olar, amma yazdiginiz da gopalogiyadi. Bes bu usagin anasi yoxdu? Demir ki bu menim qizimdi? Hec inandirici olmadi.

    ReplyDelete
  6. cenab prezidentin haqqinda yalan waeler yazmiyin werefinz olsun

    ReplyDelete
  7. Ag yalandi serdi. O usaq sumqayitdan tapilib usaq evine verilmusdi. Men şahidem buna . Ar olsun size . Ser atmayin.

    ReplyDelete
  8. Хватит лить годости, ето лож, обман и грязь.

    ReplyDelete
  9. Bunun yalan olduğunu bilmek üçün alim olmaq lazım deyil.

    ReplyDelete
  10. Cenab İlham Eliyev çox gözel dövlet ve aile başçısıdır.Yaşasın cenab prezidentimiz cenab İlham Eliyev.

    ReplyDelete
  11. Bax ay millət sizin nəyimizə lazımdı kim harda oğul əkdi ya qız əkdi. Lap belə əcəb edib. Dövlət başçısı olanda bəyəm insanın şəxsi həyatı olmamalıdırmı?! Gedin öz işinizlə gücünüzlə məşğul olun. Bir kişinin 4 arvadı ola bilər. Bəzən cariyəsi belə ola bilər. Camaat uşaq məndə gəlib sizdən icazəmi almalıdır? Əsas odur ki, düzgün şəkildə dövlətini və xalqını idarə etsin. Harda kimnən kimi qazandı sizə nə.

    ReplyDelete
  12. Elə bil o uşağı kəndə siz orda şam tutursunuz. Nə işinizə qalıb axı. Qeybət qırmaq əvəzinə çalışın xeyirli bir iş görəsiniz.

    ReplyDelete
  13. Bele heqiqetdise lap yaxshi edib size neee, bunun milli deyerlere ve ya exlaqi keyfiyyete ne dexlisi var shexsi heyatidi ozu biler ,Bir ozunuze baxin kafirler. Ayib olsun ar olsun size

    ReplyDelete
  14. Bele gozel prizdentin nesli neqeder artsa bir o qederde vetenimiz uçun faydali olar

    ReplyDelete
  15. Bele gozel prizdentin nesli neqeder artsa bir o qederde vetenimiz uçun faydali olar

    ReplyDelete
  16. Bele gozel prizdentin nesli neqeder artsa bir o qederde vetenimiz uçun faydali olar

    ReplyDelete
  17. Düşünsənizəəə ki, bu həyat bir zamanlar baş vermiş bir PARTLAYIŞIN nəticəsi olaraq hələdə davam edən bir prosesdir. Və bizlər də həmən PARTLAYIŞIN nəticəsi hələdə davam edən həmən prosesin tərkibindəyik, buna HƏYAT deyirik. Dolayısıyla bir gün hər kəs ölüb yox olur. Siz nə qoyub nə axtarırsınız kiii??? Prezidentimizin canı sağ olsun, bu yazdıqlarımı oxuyan, bəli, bəli Sizədir sözüm. Sizin də canınız sağolsun, canım mənim. Hələlik...

    ReplyDelete