Saturday, November 18, 2017

Bayraq meydanından MTN-in podvalına aparan yol

Deməli 2015-ci il Mayın 4-də İlham Əliyev sərəncamla Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovu vəzifəsindən azad etdi. Azad edildiyi gün də qaramaskalılar başına torba keçirib Rəşad müəllimi ləğv edilən MTN-in podvalına basırlar.
"Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov

Dələduzluqda ittiham olunan Məmmədovun həbsindən öncə Rejimin ruporu Eynulla Fətullayevin əli ilə xəbər yaydılar (sonradan bütün yazılar saytdan silinib) ki, sən demə Rəşadın anası erməni imiş: Aida Stepanovna Martirosova. Və o milyonlarla vəsaiti mənimsəyibmiş.

Saturday, December 24, 2016

İlham Əliyevin qeyri-qanuni qızı Əminə

Əziz oxucu, sən bilirdinmi ki, üç dəfə dalbadal prezident təyin olunan, hər çıxışlarında milli mənəvi dəyərlərdən danışan, altından qara xətt çəkə-çəkə əxlaqi keyfiyyətlərdən bəhs edən İlham Əliyevin qeyri-qanuni qızı olduğunu? Hardan biləsən axı?

Cəmilə Əsgərova
Ölkə başçısı İlham Əliyev "AZAL" rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova ilə vətəndaş nigahında olub. Və Cəmilə xanımdan qızı dünyaya gəlib. Bəlli olan da odur ki, Cəmilə xanımın Ignazio Coraci adlı ispan əsilli həyat yoldaşı və ondan Amadeo adlı oğlanları var. (Ətraflı məlumat) Əslində Paşayevlərin Əsgərovlarla çox yaxşı münasibətləri olduğu da heç kimə sirr deyil.

Yoldaşının Cəmilə xanımla münasibətindən şübhələnən birinci ledi Mehriban Əliyeva "Paşayevlər klanı"na mənsub olan nazirlər, zamanın Milli Təhlükəsizlik Naziri, general Eldar Mahmudov və Rabitə İnformasiya Texnologiyaları naziri Əli Abbasova gizli kamera çəkilişi və telefon dinləmələrini tapşırır. Heç təsadüfi deyil ki, ən yaxın adamlarının belə həbs olunmasına, qohumlarının təqib olunmasına baxmayaraq bu iki nazir hələ də azadlıqdadır və onlara "gözün üstdə qaşın var" deyən yoxdur. Böyük ehtimalla məhz bu və oxşar gizlin məlumatları bildiklərinə görədir. Bu nazirlərin əllərində çox güclü kompramatlar olduğu aşkardır.